AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

20 Yanvar günü marşrutların hərəkət trayektoriyası dəyişdiriləcək

20 Yanvar günü marşrutların hərəkət trayektoriyası dəyişdiriləcək

Təfsilat
18 Yanvar 2021, 19:00 166
20 Yanvar faciəsinin 31-ci ildönümü günü Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsinin yad edilməsi məqsədilə keçiriləcək anım tədbiri ilə əlaqədar Parlament prospekti Şəhidlər Xiyabanı istiqamətində, eləcə də digər ətraf küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

Bakı Nəqliyyat Agentliyindən Kaspi.az-a verilən məlumata görə, sözügedən küçə və prospektlərdən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyası da səhər saatlarından tədbir tam başa çatana qədər dəyişdiriləcək.

Sərnişin avtobusları digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə hərəkət edəcək.