• cümə, 29 Mart, 17:02
  • Baku Bakı 14°C

20 Yanvar dairəsi” istiqamətinə gedən yol genişləndirilir

02.09.16 18:07 1018
20 Yanvar dairəsi” istiqamətinə gedən yol genişləndirilir

Bakı şəhərində nəqliyyat sıxlığının aradan qaldırılması məqsədilə Moskva prospektində kompleks halda atılmış addımların məntiqi davamı olaraq prospektdən şəhərə giriş hissədə "20 Yanvardairəsi”nə doğru yol genişləndirilir.

"Azəravtoyol” ASC-dən "APA-Economics”ə verilən məlumata görə, məqsəd Sumqayıt şəhərindən və Bakının şimal istiqamətindən şəhərə daxil olan avtonəqliyyat vasitələrinin rahatlıqla "20 Yanvar” dairəsinə çıxışını təmin etməkdir. Hazırda Moskva prospektindəki tuneldən şəhər istiqamətinə gələrək körpüyə çıxmadan sağa - "20 Yanvardairəsi"nə tərəf hərəkət etmək üçün bir zolaqdan ibarət şaxələnmə yeri mövcuddur.

Bu gündən başlanan işlərin nəticəsində həmin şaxələnmə yeri genişləndirilərək iki zolaqlı ediləcək. Nəticədə, tuneldən çıxaraq "20 Yanvar” dairəsinə tərəf hərəkət etmək istəyən sürücülərin həmin şaxələnmə yeri qarşısında yaratdığı tıxac və ləngimə əhəmiyyətli dərəcədə aradan qaldırılacaq.

Aparılan yenidənqurma işləri çərçivəsində Moskva prospektində avtomobil tunelindən çıxdıqdan sonra "20 Yanvardairəsi” istiqamətinə keçid yol hissəsi müvəqqəti olaraq bağlanıb. Sürücülər sözügedən prospektin avtomobil tunelinə çatmamış "Şamaxinka” deyilən əraziyə daxil olaraq "20 Yanvardairəsi” istiqamətinə hərəkət edə bilərlər.

Qeyd edək ki, nəqliyyat sıxlığının aradan qaldırılması istiqamətində aparılan işlər çərçivəsində sözügedən hissədə əlavə olaraq 2 hərəkət zolağının yaradılması nəzərdə tutulub.
banner

Oxşar Xəbərlər