• cümə, 19 Aprel, 15:29
  • Baku Bakı 25°C

20 mart Ümumdünya Yer Günüdür

20.03.18 12:00 454
20 mart Ümumdünya Yer Günüdür
Martın 20-si Ümumdünya Yer Günüdür.
AZƏRTACxəbər verir ki, Ümumdünya Yer Günü 1971-ci ildə elan olunub, hər il yaz gecə-gündüz bərabərliyi günündə (20-21 mart) qeyd edilir. Yer gününün qeyd edilməsi ənənəsi ilk dəfə ABŞ-da meydana gəlib. 1990-cı ildən etibarən Yer Günü beynəlxalq səviyyədə qeyd edilməyə başlanılıb. 2000-ci ildə artıq 181 ölkənin iştirakı ilə yüz milyonlarla insan bu günü qeyd edib. Hazırda dünyanın 192 ölkəsində Yer Günü fərqli aksiyalarla yadda qalır - konfranslar, sərgilər, böyük şəhərlərin magistral yollarında nəqliyyatın hərəkətinin məhdudlaşdırılması, abadlıq, təmizlik işlərinin aparılması, ağac əkilməsi.
Ümumdünya Yer Günü ətraf mühitin qorunmasına yönəlmiş beynəlxalq tədbirdir.
banner

Oxşar Xəbərlər