AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

20 dərəcəyə yaxın isti olacaq

20 dərəcəyə yaxın isti olacaq

Təfsilat
07 Mart 2013, 10:09 1465
Sabahdan Azərbaycan ərazisində havanın temperaturu nisbətən yüksəlməyə başlayacaq, bəzi ərazilərdə temperatur 19 dərəcə olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə bildiriblər ki, martın 8-dən başlayaraq ölkə ərazisində temperaturun yüksəlməsi nəticəsində iqlim normasına yaxın temperatur qeydə alınacaq.

Martın 8-də Bakı və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz, dəyişkən buludlu olacaq, axşam bəzi yerlərdə duman müşahidə ediləcək. Cənub-qərb küləyinin sürəti 10-15 m/san olacaq, arabir küləyin sürəti 18-23 m/san-dək güclənəcək. Havanın temperaturu gecə 2-5, gündüz 8-13 dərəcə isti olacaq.

Martın 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bakıda havanın temperaturu gecə 3-6, gündüz 10-15 dərəcə isti təşkil edəcək.

Bu gündən başlayaraq, martın 9-dək Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Səhər ayr-ayrı yerlərdə duman müşahidə ediləcək. Naxçıvan Muxtar Respublikasında gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 5 dərəcəyək şaxta olacaq. Havanın temperaturu gündüz 10-15, bəzi yerlərdə 19 dərəcəyə kimi isti olacaq.

Mərkəzi Aran rayonlarında havanın temperaturunun 0-5 dərəcə isti, gündüz 10-15, bəzi yerlərdə isə 18 dərəcəyədək isti olacağı gözlənilir.

Ölkənin cənub rayonlarında gecə 4-6 dərəcə isti, gündüz 11-16 dərəcə isti, şimal və şimal-şərq rayonlarında isə havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, bəzi yerlərdə 16 dərəcəyədək isti olacaq.

Qeyd edək ki, martın 4-dən ölkə ərazisində qeyri-sabit, soyuq hava şəraiti müşahidə edilirdi. Azərbaycanın bəzi şəhər və rayonlarında, o cümlədən Bakı və Abşeron yarımadasında sulu qar və qar yağdı.