• cümə, 19 Aprel, 19:23
  • Baku Bakı 24°C

20-dən çox mənzili qarət edən şəxs yaxalanıb

06.12.18 10:15 649
20-dən çox mənzili qarət edən şəxs yaxalanıb
Abşeron rayonunda20-dən çox mənzilivə bir neçə avtomobili qarət edən şəxs yaxalanıb.
"Report” xəbər verir ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı, əslən Mingəçevir rayonundan olan32 yaşlıBakı şəhər sakiniSəbuhi Mirzəyevisti izlərlə tutulub.
Araşdırma zamanı onun Abşeronun əsasın Xırdalan şəhəri olmaqla, bir çox kənd və qəsəbələrdə mənzillərdən, eləcə də vətəndaşlara məxsus şəxsi avtomobillərdən oğurluq etdiyi məlum olub. Səbuhi Mirzəyev mənzillərə daxil olarkən əsasən oradan qızıl və pul götürdüyünü etiraf edib.
Aparılan istintaq tədbirləri ilə saxlanılan şəxsin Bakı şəhərində də evlərdən oğurluq etdiyi üzə çıxıb. Ən maraqlısı ondadır ki, Səbuhi Mirzəyev oğurluq üçün daxil olduğu evlərin sayını da itirib.
Səbuhi Mirzəyev əvvəllər də bir neçə dəfə məhkumluq həyatı yaşayıb.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Bundan əvvəlQusarda evlərdən oğurluq etməkdə təqsirləndirilən dəstə üzvlərininməhkəməsi başlayıb.
banner

Oxşar Xəbərlər