AZE | RUS | ENG |

20-dən çox mənzili qarət edən şəxs yaxalanıb

20-dən çox mənzili qarət edən şəxs yaxalanıb
Abşeron rayonunda 20-dən çox mənzilivə bir neçə avtomobili qarət edən şəxs yaxalanıb.

"Report” xəbər verir ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı, əslən Mingəçevir rayonundan olan 32 yaşlı Bakı şəhər sakini Səbuhi Mirzəyev isti izlərlə tutulub.

Araşdırma zamanı onun Abşeronun əsasın Xırdalan şəhəri olmaqla, bir çox kənd və qəsəbələrdə mənzillərdən, eləcə də vətəndaşlara məxsus şəxsi avtomobillərdən oğurluq etdiyi məlum olub. Səbuhi Mirzəyev mənzillərə daxil olarkən əsasən oradan qızıl və pul götürdüyünü etiraf edib.

Aparılan istintaq tədbirləri ilə saxlanılan şəxsin Bakı şəhərində də evlərdən oğurluq etdiyi üzə çıxıb. Ən maraqlısı ondadır ki, Səbuhi Mirzəyev oğurluq üçün daxil olduğu evlərin sayını da itirib.

Səbuhi Mirzəyev əvvəllər də bir neçə dəfə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Bundan əvvəl Qusarda evlərdən oğurluq etməkdə təqsirləndirilən dəstə üzvlərinin məhkəməsi başlayıb.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9292
GEL 1 1 Gürcüstan larisi 0.6379
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1461
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1876
CHF 1 1 İsveçrə frankı 1.7128
KWD 1 1 Küveyt dinarı 5.5895
TRY 1 1 Türkiyə lirəsi 0.3157