AZE | RUS | ENG |

2 yaşlı İmran Cəfərovun müalicəsini dövlət üzərinə götürdü

2 yaşlı İmran Cəfərovun müalicəsini dövlət üzərinə götürdü
Nabranda baş vermiş dəhşətli hadisə nəticəsində ayaqlarını itirmiş 2 yaşlı İmran Cəfərovun bütün xərclərini dövlət öz üzərinə götürüb. Bu barədə APA-ya açıqlamasında İ.Cəfərovun valideynləri bildiriblər.

Ailədən bildirilənə görə, artıq Prezident Administrasiyasının nümayəndələri və səhiyyə nazirinin müavini Abbas Vəlibəyov xəstəyə baş çəkiblər. Onlar ailə ilə görüşüblər və dövlətin bütün xərcləri öz üzərinə götürdüyünü bildiriblər: “Bizə bildirdilər ki, bu məsələ şəxsən prezident İlham Əliyevin nəzarətindədir. Prezident İmranın müalicəsinin dövlət hesabına təmin edilməsi ilə bağlı göstəriş verib”.

Ailədən onu da bildiriblər ki, prezident baş vermiş hadisənin araşdırılması, məsuliyyətsizlik edənlərin qanun qarşısında cavab verməsi üçün tapşırıq verib və məsələni şəxsi nəzarətində saxlayır.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6495
GBP 1 İngilis funt sterlinqi 2.1593
TRY 1 Türk lirəsi 0.2621
KWD 1 Küveyt dinarı 5.5985
SEK 1 İsveç kronu 0.1854
EUR 1 Avro 1.9254
CHF 1 İsveçrə frankı 1.7062
USD 1 ABŞ dolları 1.7000