• şənbə, 20 Aprel, 08:59
  • Baku Bakı 14°C

2 tibb işçisinin cinayət əməllərini Baş Prokurorluq araşdıracaq - Nazirlik

14.02.17 15:56 1050
2 tibb işçisinin cinayət əməllərini Baş Prokurorluq araşdıracaq - Nazirlik
2016-cı il ərzində Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin "161-qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 418 şikayətə Səhiyyə Nazirliyində baxılıb. Nazirliyin Hüquq və daxili nəzarət sektorundan APA-nın sorğusuna verilən cavabda bildirilib ki, aparılan araşdırmalar zamanı müəyyən edilmiş pozuntu faktları üzrə 38 tibb işçisi barədə məsuliyyət tədbirləri görülüb.

2 nəfər tibb işçisi barədə cinayət əlamətləri olduğundan toplanılmış materiallar Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.
banner

Oxşar Xəbərlər