• cümə axşamı, 25 aprel, 06:21
  • Baku Bakı 14°C

2 gün ərzində baş vermiş yol qəzalarında ölənlərin sayı açıqlanıb

16.07.18 09:45 516
2 gün ərzində baş vermiş yol qəzalarında ölənlərin sayı açıqlanıb
İyulun 14-dən 16-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.
DİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, daxili işlər orqanları tərəfindən iki gün ərzində 177 cinayət faktı qeydə alınıb, onların da 27-si "isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Avtomobil yollarında 11 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölmüş, 22 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.
banner

Oxşar Xəbərlər