• cümə axşamı, 25 aprel, 18:01
  • Baku Bakı 21°C

1946-cı ildən bəri ən pis “Milan”

01.11.18 10:25 776
1946-cı ildən bəri ən pis “Milan”
"Milan” A seriyasının 1-ci turundan təxirə salınan oyunda "Cenoa” ilə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.
Kaspi.az xəbər verir ki, qalib gəlməsinə baxmayaraq, "Milan” bu qarşılaşmada da qol buraxaraq, son 72 ildə ən pis göstərici ilə yadda qalıb. Məsələ ondadır ki, komanda ardıcıl 16 oyundur ki, qapısının toxunulmazlığını təmin edə bilmir.
Komanda cari mövsümdə keçirilən 10 turda və keçən mövsümün son 6 oyununda qapısından qol buraxıb. "Milan” sonuncu dəfə 1946/47 mövsümündə ardıcıl olaraq 16 oyunda qapısında qol görmüşdü.
"Milan” 10 oyundan sonra 18 xal toplayaraq, turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
banner

Oxşar Xəbərlər