• cümə, 29 Mart, 04:29
  • Baku Bakı 7°C

19 yaşlı taekvandoçumuz finalda

17.06.15 18:06 2044
19 yaşlı taekvandoçumuz finalda
68 kq çəki dərəcəsində kişilərin taekvondo yarışında Azərbaycanı təmsil edən Ayxan Tağızadə finala vəsiqə qazanıb. O, yarımfinal qarşılaşmasında rusiyalı Denisenko Alexey üz-üzə gəlib. Qarşılaşma 7-5 hesabı ilə Ayxanın xeyrinə başa çatıb.
Qeyd edək ki, Ayxan Tağızadə ilkin mərhələdə sloveniyalı Yure Pantarı 11:3 hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayıb. O, 1/4 final mərhələsində dünya, avropa və olimpiya çempionu, ispaniyalı Joel Qonzalez Bonillayla üz-üzə gəlib. Qarşılaşma 7-5 hesabı ilə Azərbaycan idmançısının xeyrinə başa çatıb.
banner

Oxşar Xəbərlər