• cümə, 29 Mart, 11:28
  • Baku Bakı 5°C

188 cinayət faktından 40-nın üstü “isti izlər”lə açılıb

28.05.18 14:30 1039
188 cinayət faktından 40-nın üstü “isti izlər”lə açılıb
Respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində qeydə alınmış 188 cinayət faktından 40-nın üstü "isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənAZƏRTAC-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış iki cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 28 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş doqquz yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər ölüb, 16 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 18 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.
banner

Oxşar Xəbərlər