• cümə, 29 Mart, 05:39
  • Baku Bakı 7°C

18 yaşlı tələbəni öz qohumu qətlə yetirdi

02.10.13 08:44 1160
18 yaşlı tələbəni öz qohumu qətlə yetirdi
Mingəçevir şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, şəhərin Heydər Əliyev prospekti - 76/1, mənzil-20 ünvanında, 1992-ci il təvəllüdlü Rüstəmli Ələkbər Namiq oğlu aralarında baş verən dava zamanı Şəki rayonunun Çayqoyunlu kənd sakini olan bibisi oğlunu, Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının II kurs tələbəsi, 1995-ci il təvəllüdlü İsrafilov Məhəmməd Ağabala oğlunu bıçaqlayıb.
Hadisə Ələkbər Rüstəmlinin yaşadığı evdə baş verib. Bədəninin müxtəlif nahiyələrindən ağır bıçaq xəsarətləri ilə Mingəçevir Mərkəzi şəhər Xəstəxanasına yerləşdirilən Məhəmməd İsrafilov dünyasını dəyişib.
Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Ələkbər Rüstəmli tutularaq şəhər Polis Şöbəsinə aparılıb.
Faktla bağlı Mingəçevir şəhər Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
banner

Oxşar Xəbərlər