• cümə, 26 Aprel, 00:32
  • Baku Bakı 16°C

18 yaşlı oğul anasının canına qıydı

20.11.13 12:12 1156
18 yaşlı oğul anasının canına qıydı
Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Kürdəmiş kəndində qeydə alınıb. 1995-ci il təvəllüdlü Heydərli Heydər Bayram oğlu aralarında baş verən ailə münaqişəsi zamanı anası, 1976-cı il təvəllüdlü Heydərova Məhsəti Vaqif qızını bıçaqlayıb. Qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası, qara ciyərin kəsilməsi, daxili qanaxma diaqnozu ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilən Məhsəti Heydərova əməliyyat olunub. Hazırda onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Anasını bıçaqlayan Heydər Heydərli isə evdən qaçıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları onun tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərini həyata keçirirlər.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
banner

Oxşar Xəbərlər