18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir keçirilib - Fotolar
Bakı
İdarəetmə və Texnologiya Kollecində (BİTKol) 18 oktyabr – Azərbaycanın Dövlət
Müstəqilliyi Günü münasibətilə tədbir keçirilib. Kollecin konfrans zalında
keçirilən tədbiri təhsil müəssisəsinin tərbiyə
işləri üzrə direktor müavini Xalid Məcidov açaraq, bu günün tarixi
əhəmiyyətindən danışıb. Bildirib ki, ötən əsrin
sonlarında SSRİ-nin süquta uğraması nəticəsində yaranan əlverişli tarixi
şəraitdən istifadə edən Azərbaycan xalqı müstəqilliyini yenidən bərpa edib. Azərbaycan
Respublikası Ali Sovetinin növbədənkənar sessiyasında 1991-ci il 30 avqust
tarixində Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında
bəyannamə qəbul edilib. Ali Sovetin həmin ilin 18 oktyabr tarixli sessiyasında
"Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı
yekdilliklə qəbul olunub. 1991-ci il dekabrın 29-da keçirilən ümumxalq
səsverməsində Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə
tərəfdar çıxıb. Direktor müavini bildirib ki, beləliklə də XX əsrin sonunda
Azərbaycan yenidən öz müstəqilliyinə qovuşub. 1992-ci ilin mayında isə Milli
Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni, az sonra üçrəngli
bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiq edilib.
X.Məcidov qeyd edib ki, düz 26 ildir Azərbaycan müstəqil, suveren bir ölkədir
və xalq bu tarixi bayram kimi qeyd edir.
Kollecin direktoru Varis Allahverdiyevmüstəqilliyin əldə edilməsindən ötən 26 il ərzində ölkəmizdə baş verən
ictimai-siyasi proseslərdən söhbət açıb. Bildirib ki, 1990-cı
illərin əvvəllərində Ermənistanın torpaqlarımıza hərbi təcavüzü ilə müşayiət
olunan dərin siyasi-iqtisadi böhran, hakimiyyət çəkişmələri müstəqilliyin
yenidən itirilməsi təhlükəsini yaradıb. Məhz belə bir məqamda Azərbaycan xalqı dünya
şöhrətli, müdrik siyasətçi Heydər Əliyevə üz tutub, onu Naxçıvandan Bakıya
dəvət edib və yenidən özünə rəhbər seçib. Azərbaycanı müsəlman Şərqində ilk
demokratik respublika olan Xalq Cümhuriyyətinin varisi elan edən ümummilli
lider Heydər Əliyev müstəqilliyi qorumaq onu əldə etməkdən qat-qat çətindir
məntiqi ilə nəhəng dövlət quruculuğu işlərinə başlayıb. Onun ölkə rəhbəri kimi
həyata keçirdiyi tədbirlər nəticəsində qanunsuz silahlı birləşmələr tərk-silah
edilib, ordu quruculuğu istiqamətində ciddi addımlar atılıb, 1994-cü ildə
atəşkəs haqqında sazişin imzalanıb, bununla da müstəqilliyin möhkəmləndirilməsi
üçün vacib şərt olan sabitlik təmin edilib.
Ulu öndər
Heydər Əliyevin ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə gətirilməsindən
sonra görülən işlərdən geniş söhbət açan V.Allahverdiyev 1993-2003-cü illəri müstəqilliyimizin
ikinci dövrü adlandırıb. Qeyd edib ki, bu illərdə ümummilli liderin böyük
uzaqgörənliklə atdığı bütün addımlar Azərbaycanın sabahının, onun uğurlu inkişafının
möhkəm əsaslarını qoyub. Bildirilib ki, müdrik Azərbaycan xalqı 2003-cü ildə
Heydər Əliyev siyasətinə, onun strategiyasına sadiqliyini bir daha
təsdiqləyərək, ulu öndərin siyasi varisi İlham Əliyevi Prezident seçib. V.Allahverdiyev
deyib ki, 2003-cü ildən başlayaraq Azərbaycan sürətli və dinamik inkişafı ilə
səciyyələnən bu illər müstəqilliyimizin üçüncü dövrü - möhtəşəm quruculuq dövrü
sayılır. Bu dövrdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və biliklərə
dayanan cəmiyyətin yaradılması sahəsində ciddi işlər görülür.
Kollecin tədris istehsalat işləri üzrə direktor
müavini Şakir Mikayılov da çıxış edərək, Azərbaycanın müstəqillik
illərində əldə etdiyi uğurlardan danışıb. Bildirilib ki, əgər 1991-ci ildə Azərbaycanın
müstəqilliyi tarixi zərurətdən irəli gələn hadisə idisə, bu müstəqilliyin
əbədiliyi və dönməzliyi ümummilli lider Heydər Əliyevin adı ilə, beynəlxalq
aləmdə böyük nüfuzu olan, Cənubi Qafqazın lider dövləti sayılan müasir
Azərbaycan isə Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlıdır.
Tədbirdə
tələbələrin maraq doğurduğu suallar müəllimlər tərəfindən cavablandırılıb.