• cümə, 19 Aprel, 14:03
  • Baku Bakı 25°C

172 qəsdən adam öldürmə cinayətinin açılması təmin olunub

04.02.17 19:00 871
172 qəsdən adam öldürmə cinayətinin açılması təmin olunub
Ötən il qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayətlərinin açılması və onları törətmiş şəxslərin müəyyən olunub məsuliyyətə cəlb edilmələri üçün zəruri tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılıb.
Trend-in məlumatına görə, bu barədə bu gün Baş Prokurorluqda keçirilən Kollegiya iclasında bildirilib.
İclasda qeyd olunub ki, Daxili İşlər Nazirliyinin əməliyyat qurumları ilə həyata keçirilən birgə səmərəli istintaq-əməliyyat tədbirləri nəticəsində qeydə alınmış 178 qəsdən adam öldürmə cinayətlərindən 172 hadisənin, o cümlədən qeyri-aşkar şəraitdə törədilmiş 64 cinayətin isti izlərlə açılması təmin olunmaqla, həmin cinayətlərin açılması 96,6 % (2015-ci ildə 95,5 %) təşkil edib.
banner

Oxşar Xəbərlər