• cümə axşamı, 28 mart, 12:45
  • Baku Bakı 16°C

170 milyonluq şərt irəli sürdü

15.05.18 13:30 743
170 milyonluq şərt irəli sürdü
"Tottenhem” rəhbərliyi komandanın baş məşqçisi Maurisio Poçettinyo yeni müqavilə təklif etmək niyyətindədir.
Kaspi.az xəbər verir ki, yeni müqavilədə Poçettinonun məvacibinin artırılması nəzərdə tutulur. Ancaq mütəxəssisi narahat edən məvacib məsələsi deyil. Onun başqa şərti də var.
Poçettino rəhbərlikdən transferlərə vəsait ayrılmasını tələb edir. O, yeni futbolçuların alınması üçün 170 milyon avronun ayrılmasını şərt kimi irəli sürüb.
Poçettino "Tottenhem”in növbəti dəfə ÇL-ə vəsiqə əldə etməsindən sonra komandanı ən yüksək səviyyəyə qaldırmağı düşünür. Bunun üçün isə o, bəzi transferlər etməyi planlaşdırır. O, aparıcı futbolçuların da komandada saxlanılmasının vacib olduğunu rəhbərliyin diqqətinə çatdırıb.
banner

Oxşar Xəbərlər