170 milyonluq şərt irəli sürdü
"Tottenhem” rəhbərliyi
komandanın baş məşqçisi Maurisio Poçettinyo yeni müqavilə təklif etmək niyyətindədir.
Kaspi.az xəbər
verir ki, yeni müqavilədə Poçettinonun məvacibinin artırılması nəzərdə tutulur.
Ancaq mütəxəssisi narahat edən məvacib məsələsi deyil. Onun başqa şərti də var.
Poçettino rəhbərlikdən
transferlərə vəsait ayrılmasını tələb edir. O, yeni futbolçuların alınması üçün
170 milyon avronun ayrılmasını şərt kimi irəli sürüb.
Poçettino
"Tottenhem”in növbəti dəfə ÇL-ə vəsiqə əldə etməsindən sonra komandanı ən yüksək
səviyyəyə qaldırmağı düşünür. Bunun üçün isə o, bəzi transferlər etməyi
planlaşdırır. O, aparıcı futbolçuların da komandada saxlanılmasının vacib
olduğunu rəhbərliyin diqqətinə çatdırıb.