• cümə, 26 Aprel, 18:34
  • Baku Bakı 22°C

17 min məhkum səsvermədə iştirak edəcək

17.09.13 11:13 1399
17 min məhkum səsvermədə iştirak edəcək
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ədliyyə nazirinin müavini Azər Cəfərov deyib. A. Cəfərov səsvermənin təşkili və onun nəticələrinin elan olunmasında qanunvericiliyin tələbələrinə əməl olunmasında , penitensiar müəssisələrdə mühafizə işinin təşkilində Penistensiar Xidmətin üzərinə mühüm vəzifə düşdüyün bildirib: “ Bunun üçün də çalışırıq ki, treninqlər keçirək. Mənə elə gəlir ki, bu treninqlər imkan verəcək ki işimizi təkmilləşdirək. Ötən prezident seçkilərində məhkumların və siyahıya adı salınmış şəxslərin 99,3 faizi iştirak edib. Hesab edirəm ki, bu seçkidə də aktivlik yüksək səviyyədə olacaq”.
Nazir müavini penitensiar müəssisələrdə müşahidəçilərin fəaliyyətinə şərait yaradılacağını da qeyd edib: “Müşahidəçilər bizim tərəfimizdən təyin olunmurlar. Müstəqil müşahidəçilər olacaqlar və onların müəssisələrə daxil edilməsi təmin ediləcəkdir” .
A.Cəfərov ayrı-ayrı vaxtlarda təxminən 17 min məhkumun səsvermədə iştirak etdiyini bildirib: “Ayrı - ayrı vaxtlarda təxminən 15 - 17 min və bir az çox məhkum səsvermədə iştirak edib. Güman edirəm ki, bu il seçkilərdə 17 min məhkum səsvermədə iştirak edə bilər”.
banner

Oxşar Xəbərlər