• çərşənbə axşamı, 23 aprel, 23:43
  • Baku Bakı 20°C

17 May – Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

17.05.19 14:45 567
17 May – Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür
Mayın 17-si ölkələrdə Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü qeyd edilir.
AZƏRTACxəbər verir ki, bu il Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü "Standartlaşdırmada boşluqların aradan qaldırılması” mövzusuna həsr edilib.
Bu mövzu Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) üzvlərinə və digər əlaqədar tərəflərə aşağıda qeyd edilən perspektivlərə istiqamətlənməyə imkan verəcək:
– BTİ standartlarının işlənilməsi prosesində inkişaf etməkdə olan ölkələrin iştirakının təmin olunması;
– milli, regional və beynəlxalq səviyyələrdə standartlaşdırma prosesində yerli ekspertlərin hüquq və imkanlarının genişləndirilməsi;
– inkişaf etməkdə olan ölkələrdə beynəlxalq standartların tətbiqinə dair birgə əməkdaşlıq.
Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün qeyd olunması 1865-ci il mayın 17-də Beynəlxalq Teleqraf İttifaqının (indi Beynəlxalq Telekommunikasiya İttifaqı) yaradılması ilə bağlıdır. İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitinin 2005-ci ildə Tunisdə keçirilən ikinci mərhələsi çərçivəsində BMT-nin Baş Assambleyasına mayın 17-nin "Beynəlxalq İnformasiya Cəmiyyəti Günü” elan edilməsi ilə bağlı müraciət qəbul edilib. Beləliklə, Beynəlxalq Telekommunikasiya İttifaqı 2006-cı ildə mayın 17-nin Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd edilməsi ilə bağlı qərar qəbul edib. Həmin vaxtdan bu əlamətdar gün ölkələrdə müxtəlif tədbirlərlə qeyd olunur.
Bu günün təsis edilməsində əsas məqsəd internet və informasiya-kommunikasiya texnologiyalarının cəmiyyət və ölkələr üçün yaratdığı imkanları diqqətə çatdırmaq, eyni zamanda, rəqəmsal fərqin aradan qaldırılması ilə bağlı məlumatlılıq səviyyəsinin yüksəldilməsinə kömək etməkdir.
Beynəlxalq Telekommunikasiya İttifaqının bəyanatında bildirilir ki, beynəlxalq standartların hazırlanması BMT-nin informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində ixtisaslaşdırılmış müəssisəsi kimi BTİ-nin prinsipial əsaslarından biridir. BTİ-nin standartları İKT vasitələrilə davamlı inkişaf sahəsində hədəflərə nail olunmasını sürətləndirməyə kömək edir.
banner

Oxşar Xəbərlər