• cümə, 29 Mart, 04:48
  • Baku Bakı 7°C

16 oktyabr Ümumdünya Anesteziologiya Günüdür

16.10.17 11:45 2666
16 oktyabr Ümumdünya Anesteziologiya Günüdür
İnsanların böyük əksəriyyəti ağrıya qarşı həssasdır. Lakin təcili tibbi yardıma, xüsusilə operativ müdaxiləyə ehtiyac yarananda həssaslığın itirilməsi həlledici əhəmiyyət daşıyır və qaçılmaz olur. Yüzilliklər boyu cərrahi müdaxilə ağrısızlaşdırma tətbiq edilmədən aparılıb.
AZƏRTACxəbər verir ki, bu sahədə ilk addımı eramızdan əvvəl I əsrdə yunan filosofu və həkimi Dioskorid atıb. O, imperator Neronun vaxtında Roma ordusu ilə birgə səyahət zamanı mandraqora bitkisindən yuxugətirən və sakitləşdirici dərmanlar hazırlayır və onun köməyi ilə yaralanmış döyüşçüləri sağaltmaq üçün onların ağrılı nahiyəsinə müdaxilə etməyə imkan verən cərrahi əməliyyatlar aparırdı.
Anesteziya əsəblərin həssaslığının itməsidir. Süni anesteziya cərrahiyyə əməliyyatı zamanı keyləşdirmə üçün tətbiq olunur. Onun ilk dəfə tətbiqi XIX əsrə təsadüf edir - 1846-cı il oktyabrın 16-da amerikalı diş həkimi və cərrahı Tomas Morton efir narkozunun altında əməliyyat keçirərək ümumi narkozun tətbiqini açıq şəkildə nümayiş etdirib. O, anesteziyaedici kimi dietil efirinin inhalyasiyasını tətbiq edib və bundan sonra oktyabrın 16-sı Ümumdünya Anesteziya Günü kimi tibb təqviminə düşüb.
Sonralar anesteziologiyanın müxtəlif növləri tətbiq olunmağa başlayıb. Cəmiyyət inkişaf etdikcə onun tətbiqi də təkmilləşib və indi təkcə tibdə deyil, psixiatriya və narkologiyada da onu tətbiq edirlər.
banner

Oxşar Xəbərlər