• cümə, 19 Aprel, 10:00
  • Baku Bakı 13°C

16 ölkənin gənclər təşkilatları Bakıda toplandı

30.11.18 16:00 641
16 ölkənin gənclər təşkilatları Bakıda toplandı
Bakıda "Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının Üzvlər Şurasının iclası keçirilir.

Modern.azxəbər verir ki, ittifaqın bu ilki Üzvlər Şurasının iclası 28 noyabr-3 dekabr 2018-ci il tarixlərində həyata keçiriləcək. İclasın bu gün keçirilən rəsmi açılış mərasimində İttifaqa daxil olan 16 müxtəlif ölkədən (Albaniya, Azərbaycan, Banqladeş, Misir, Gürcüstan, Yunanıstan, İran, İraq, Kazaxıstan, Qırğızıstan, Moldova, Türkiyə, İspaniya, Rusiya, İsrael, Ukrayna) gənclər təşkilatları iştirak edir.

Tədbirin məqsəd tarixi İpək Yolu coğrafiyasında mədəniyyətlərarası dialoqun inkişafına şərait yaratmaq, gənclər arasında əlaqələri gücləndirmək və inteqrasiya prosesinə tövhə vermək, İttifaqın beynəlxalq arenada fəaliyyətini təmin etməkdir.

Üzvlər Şurası İclasında İttifaqın hesabatı dinləniləcək, yeni üzv ölkələrin nümayəndlərinin təqdimatı olacaq, eyni zamanda təşkilatın 2019-ci ildə Fəaliyyət Planı, İttifaqın gələcək İş Strategiyası, Beynəlxalq əməkdaşlıq istiqamətində müzakirələr olacaq.

İclasda Gənclər və İdman nazirliyindən Fərhad Hacıyev və Fuad Babayev, Prezident Administrasiyasının Gənclər və İdman Siyasəti şöbəsindən Aydan Kərimli, yerli gənclər təşkilatlarının nümayəndələri və qonaqlar iştirak ediblər.

Qeyd edək ki, "Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı 2012-ci il 27-29 iyun tarixlərində Bakıda keçirilən "Böyük İpək Yolu” Beynəlxalq Gənclər Konqresində təsis olunub.

Təşkilata hazırda Avropa, Asiya və Afrika qitələrindən 33 gənclər təşkilatı üzvdür. İttifaqın öncəki Üzvlər Şurasının iclasları fəaliyyət planına uyğun olaraq Bakı, Astana, İstanbul, Budapeşt, Saloniki şəhərlərində keçirilib.


banner

Oxşar Xəbərlər