• cümə axşamı, 25 aprel, 09:02
  • Baku Bakı 14°C

152 Azərbaycan vətəndaşı çarter reysi ilə vətənə qayıdıb

17.06.20 20:57 568
152 Azərbaycan vətəndaşı çarter reysi ilə vətənə qayıdıb
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun olaraq, Azərbaycanın milli aviadaşıyıcısı iyunun 17-də Moskvadan Bakıya daha bir çarter reysi yerinə yetirib.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Trend-ə bildirilib ki, həmin reyslə vətənə 152 Azərbaycan vətəndaşı qayıdıb.
Paytaxta gəldikdən sonra sərnişinlər karantinə yerləşdiriliblər.




banner

Oxşar Xəbərlər