• cümə, 29 Mart, 10:58
  • Baku Bakı 5°C

1500 nəfər oğurluğa görə məsuliyyətə cəlb olunub

05.10.19 09:15 756
1500 nəfər oğurluğa görə məsuliyyətə cəlb olunub
Cari ilin birinci yarısında Gürcüstanda 7600 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Onlardan 1900-ü azadlıqdan məhrum edilib.
AZƏRTACxəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, cinayət məsuliyyətinə cəlb edilənlərin 3800-ü şərti cəza alıb, 1400-ü cərimələnib, 486-sı isə ictimai faydalı işə cəlb olunub. Həmçinin 1500 nəfər oğurluq, 995 nəfər isə narkotiklərə görə məsuliyyətə cəlb edilib. Məsuliyyətə cəlb olunanların böyük əksəriyyəti 30-49 yaşlı kişilərdir.
Mərkəzin məlumatına görə, 2019-cu il yanvarın 1-nə Gürcüstan həbsxanalarında 9600 məhkum cəza çəkir.
banner

Oxşar Xəbərlər