• şənbə, 20 Aprel, 10:01
  • Baku Bakı 14°C

150 ABŞ nəşrində erməni yalanları ifşa edildi

28.06.13 09:24 1363
150 ABŞ nəşrində erməni yalanları ifşa edildi
Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevin Azərbaycan-ABŞ münasibətləri və erməni lobbisinin bu münasibətlərə və Azərbaycana ziyan vurmaq istiqamətində apardığı kampaniyaya dair yazdığı məqalə dünən 150-dən çox ABŞ KİV-ləri tərəfindən dərc edilib.
Baş Konsulluqdan APA-ya verilən məlumata görə, bunların sırasında, Reuters xəbər agentliyini və YahooNews xəbər portalını, Wall Street Journal, Boston Globe qəzetlərini, o cümlədən Kaliforniyada dərc olunan Sacramento Bee, California Chronicle, Los Angeles Daily News, Pasadena Star-News və San Luis Obispo Tribune kimi qəzetləri qeyd etmək olar.
“ABŞ və Azərbaycan: Dost dar gündə tanınar” (U.S. And Azerbaijan: A Friend In Need Is A Friend Indeed) başlıqlı məqalədə müəllif cari ilin may ayında Bakıda böyük uğurla keçirilmiş, ABŞ-ın federal və 42 ştatın seçkili orqanlarının təmsilçilərinin qatıldığı ABŞ-Azərbaycan Forumuna toxunaraq, bu Forumun ikitərəfli münasibətlərin hazırkı durumunu və gələcək perspektivlərini müzakirə etmək baxımından faydalı olduğunu bildirir. Hər iki dövlətin eyni dəyələri və maraqları paylaşdığını qeyd edən baş konsul təhlükəsizlik və enerji sahələrində sıx əməkdaşlığın həyata keçirildiyini, çətin bir bölgədə yerləşən etibarlı tərəfdaş olaraq Azərbaycanın ABŞ-ın milli təhlükəsizliyinə önəmli töhfə verdiyini, terrorçuluğa qarşı mübarizədə və Əfqanıstandakı beynəlxalq səylərdə mühüm rol oynadığını vurğulayır.
N.Ağayev, həmçinin, qlobal enerji təhlükəsizliyinin təmin edilməsində, xüsusilə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində Azərbaycanın rolunun əvəzsiz olduğunu və Avropaya çəkiləcək yeni qaz kəməri ilə bu rolun daha da artacağını qeyd edir. Azərbaycanı mədəniyyətlər və dinlərarası ahəngdarlığın rəmzi adlandıran diplomat ölkəmizdə uzun əsrlərdən bəri müsəlman, xristian və yəhudilərin dinc şəraitdə birgə yaşadıqlarını qeyd edir və Azərbaycanın qədim dözümlülük ənənələrinin, o cümlədən müxtəlifliyə və plüralizmə sadiqliyinin bu yaxınlarda ABŞ dövlət katibi tərəfindən də xüsusilə vurğulandığını diqqətə çatdırır.
Baş konsul eyni zamanda, qeyri-sağlam mentalitetə malik, Azərbaycan-ABŞ münasibətlərində baş verən hər bir müsbət hadisədən məyus olan və buna paxıllıqla yanaşan erməni lobbisinin ölkəmizin müstəqilliyin bərpasından ötən dövr ərzində daima ABŞ-da Azərbaycana qarşı geniş kampaniya apardığını bildirir. Diplomat bu kampaniyanın əsas məqsədlərinin Azərbaycan-ABŞ strateji tərəfdaşlığına və Azərbaycanın maraqlarına ziyan vurmaq olduğunu, eləcə də Ermənistanın Azərbaycana qarşı qətliam və etnik təmizləmə ilə müşayiət olunan işğalçılıq siyasətini hər vəchlə müdafiə etmək olduğunu qeyd edir. Müəllif Azərbaycana ziyan vurmağa çalışan erməni lobbisinin eyni zamanda ABŞ-ın milli maraqlarına da böyük zərbə endirdiyini bildirir. Bu səpkidə, baş konsul erməni qruplarının lobbiçiliyi nəticəsində Azərbaycana qarşı 1992-ci ildə qəbul edilmiş ədalətsiz 907-ci əlavəni və Metyu Brayzanın Azərbaycana səfir təyinatına ABŞ Senatında veto qoyulması məsələlərini xatırladır.
Sonda diplomat bu önəmli bölgədə sabitliyin bərqərar olması üçün ABŞ-ın Ermənistan-Azərbaycan münaqişəsinin həllində daha fəal rol oynamalı olduğunu vurğulayır.
Məqalənin dərc olunduğu KİV-lərdən bəzilərinin keçidləri:
Reuters: http://www.reuters.com/article/2013/06/27/ca-azerbaijan-allies-idUSnPNDC39509+1e0+PRN20130627
Wall Street Journal: http://online.wsj.com/article/PR-CO-20130627-908949.html?mod=googlenews_wsj
Boston Globe: http://finance.boston.com/boston/news/read/24524897/u.s._and_azerbaijan
YahooNews: http://news.yahoo.com/u-azerbaijan-friend-friend-indeed-142200810.html
Sacramento Bee: http://www.sacbee.com/2013/06/27/5528624/us-and-azerbaijan-a-friend-in.html
banner

Oxşar Xəbərlər