• cümə axşamı, 18 aprel, 22:46
  • Baku Bakı 21°C

"15 sentyabr tarixi Azərbaycan-Türkiyə qardaşlığında müstəsna əhəmiyyətə malikdir"

15.09.18 15:23 617
"15 sentyabr tarixi Azərbaycan-Türkiyə qardaşlığında müstəsna əhəmiyyətə malikdir"
"Xalq Cümhuriyyəti Azərbaycan tarixində xüsusi mərhələ təşkil edir”.SİA-nın verdiyi məlumata görə, bu fikri AMEA-nın prezidenti, akademik Akif Əlizadə deyib.
A.Əlizadə bildirib ki, türk-müsəlman Şərqində ilk parlamentli respublika olan Xalq Cümhuriyyəti dünya tarixinin ən demokratik dövlət qurumlarından biridir. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illiyinin ölkəmizdə dövlət səviyyəsində qeyd edildiyini deyən alim bugünkü konfransın Qafqaz İslam Ordusunun xalqımızın tarixindəki yeri və roluna həsr olunduğunu bildirib.
"1918-ci il 15 sentyabr tarixi Azərbaycan-Türkiyə dostluğu və qardaşlığında müstəsna əhəmiyyətə malikdir. Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Azərbaycana gələrək işğalçı erməni-bolşevik qüvvələri ilə mübarizə aparıb, Bakını işğaldan azad edib. Məhz sentyabrın 15-dən sonra milli hökumət Gəncədən Bakıya köçürüldü və Bakı AXC-nin paytaxtı elan edildi”-deyə, AMEA prezidenti vurğulayıb.
banner

Oxşar Xəbərlər