• çərşənbə axşamı, 19 mart, 14:50
  • Baku Bakı 8°C

“15 İyulu unutdurmayacaq, unutmayacağıq”

16.07.18 21:16 874
“15 İyulu unutdurmayacaq, unutmayacağıq”
Terror təşkilatı FETÖ-nün 2016-cı ilin 15 iyulunda Türkiyədə həyata keçirdiyi uğursuz dövlət çevrilişi cəhdindən iki il ötür. Bu xain çevriliş cəhdi nəticəsində 250 nəfər şəhid oldu, iki mindən çox adam yaralandı. Bir neçə saat ərzində Prezident İqamətgahı, parlament, polis və Milli Kəşfiyyat İdarələri kimi strateji əhəmiyyətə malik qurumlar xainlərinhücumuna məruz qaldı. Türkiyə xalqının demokratiya düşmənlərinə qarşı əldə etdiyi bu qələbə, həyatibir qələbə idi desək, sözsüz ki, yanılmarıq. O zülmət gecədə milyonlarla vətəndaş öz həyatını riskə ataraq tarix yazdı. Fərqli siyasi düşüncə və baxışlara mənsub vətəndaşlar birlikdə mübarizə apararaq, çevriliş cəhdinin qarşısını aldı. Sözsüz, Türkiyə dövlət çevrilişi cəhdinin qarşısını Rəcəb Tayyib Ərdoğanın güclü liderliyi, Türkiyə xalqının demokratiyaya olan bağlılığı və ölkə qurumlarının gücü sayəsində aldı. Əgər çevriliş cəhdi daha zəif qurumlara və daha az demokratik mədəniyyətə malik bir ölkədəbaş versəydi, oradaiqtisadiyyatməhv olardı. Bu baxımdan, Türkiyə bütün yaşananlara baxmayaraq, öz gücünü sübut etdi.
Bir faktı da qeyd etmək xüsusi yerinə düşər ki, həmin hadisələr baş verən gün birinci olaraq Azərbaycan prezidenti İlham Əliyev türk xalqına, onun rəhbərliyinə dəstək nümayiş etdirdi. Elə Türkiyə prezidenti Rəzəb Tayyib Ərdoğan da bazar günü keçirilən çoxmilyonlu aksiyada bunu bir daha xatırladıb. Ərdoğan çıxışı zamanı FETÖ terror təşkilatına qarşı mübarizədə Azərbaycanın da həmrəylik göstərdiyini qeyd etməyi unutmayıb. "Ümidlərini FETÖ-cülərə bağlayanların necə qəzəbləndiklərini bilirik. Əlaqələrimizi təyin edərkən digər mövzularla bərabər, çevriliş təşəbbüsünə qarşı rəftarı da nəzərə aldıq. Bax, Azərbaycandan gəldi, Ukraynadan ard-arda iki nəfər gətirildi”, - Ərdoğan bildirib.Eləcə də, Türkiyə mediası da həmin günlərdə Türkiyə xalqının yanında olan Azərbaycanın dəstəyini xüsusi qeyd edib. Əksər media vasitələrində həmin hadisələr baş verən gecə, Azərbaycan prezidenti, xalqının türk xalqına dəstək verdiyini əks etdirən yazılar, analizlər əks olunub. Məsələn, qardaş ölkənin nüfuzlu "Akşam” qəzetinin köşə yazarı Osman Nuri Cerit xatırladır ki, həmin hadisələrdə ilk olaraq Türkiyə prezidentinə dəstək verən dünya liderləri içində Azərbaycan prezidenti İlham Əliyev olub. "Türkiyə” qəzetində professor Çağrı Erhan "15 İyul və qərbli müttəfiqlərimiz” başlıqlı məqaləsində yazır ki, ilk gündən etibarən Türkiyə ilə çiyin-çiyinə duran səmimi dostlar var. Başda Azərbaycan olmaq üzərinə, FETÖ-ya qarşı mübarizə aparan bütün dostları ürəkdən salamlayıram. 15 iyul qiyamının ildönümü ilə bağlı keçirilən kütləvi tədbirlər zamanı aksiya iştirakçıları ümummilli lider Heydər Əliyev və Azərbaycan prezidenti İlham Əliyevin də fotolarını qaldırıblar.
Onu da qeyd edək ki, ildönümü tədbirləri Türkiyə boyu qeyd edilib. "15 İyun Demokratiya və Milli Birlik Günü”çərçivəsində keçirilən anım mərasimində yüz minlərlə insan Şəhidlər körpüsünə doğru yürüş edib. Həmin günü Türkiyə 251 şəhid verib, minlərlə insan yaralanıb, qazi olub. Dövlət çevrilişinə cəhddən sonra 15 iyul Demokratiya və Milli Birlik Günü elan edilib. "15 İyulu unutdurmayacağıq, unutmayacağıq” sözləri ilə yüz minlərin qarşısında çıxış edən Ərdoğan "15 İyul gecəsi xalqımızın göstərdiyi qəhrəmanlığın sirrini kəşf etmək istəyənlər, əsrlərdir davam edən bu böyük mübarizəyə baxmalıdır”. O, əlavə edib ki, demokratiya düşmənlərinə qarşı əldə etdiyimiz qələbəmizdən sonra belə bir faciənin bir daha yaşanmamağını təmin etmək çətin olsa da, həyatibir vəzifə idi: "Geridə qoyduğumuz son iki il ərzində Türkiyə çox çətin sınaqlardan keçdi. O zülmət gecədə milyonlarla vətəndaş öz həyatını riskə ataraq tarix yazdı. Fərqli siyasi düşüncə və baxışlara mənsub vətəndaşlar birlikdə mübarizə apararaq xain çevriliş cəhdinin qarşısını aldı”.
Ərdoğan onu da deyib ki, Pensilvaniydakı məlunun böyütdüyü ahtapotun (osminoq) qollarını kəsdik, ən son FETÖ-cü xain cavab verənə qədər mübarizəmizi davam etdirəcəyik: "15 iyul gecəsi küçələrdəki vətəndaşlarımız şiə, sünni, türk, kürd, çərkəz - hər bir məzhəbdən, hər bir etnik qrupdan, hər kəs burada idi. Sağçısı, solçusu, varlısı, kasıbı, heç bir müxalifət yox idi. Silah və bomba səslərinin gecənin qaranlığını dəldiyi o gecə türk milləti cəsarəti, biliyi və mübarizəsi ilə bu torpaqlarda Çanaqqala ruhunun, Kuvayi Milliye şüurunun hələ də diri olduğunu göstərdi”. Onun sözlərinə görə, millət, FETÖ-nun əli ilə Türkiyənin tərbiyə edilməsinə, müstəmləkəçilərin peykinə çevrilməsinə icazə vermədi. Ölkə ərazisində bütün terror təşkilatlarına qarşı müvəffəqiyyətlə mübarizə apardıqlarını söyləyən prezident, artıq rəhbərlik sistemimizi dəyişdirdik, yeni sistemlə Türkiyənin sıçrayışını birlikdə görəcəyik: "Bu tarixi dəyişikliklə türk demokratiyasına sağ adlamış olduq. Bütün bu inkişafla, ölkəmizdə dövlət çevrilişinə cəhd dövrünü bir daha açmamaq şərti ilə bağladıq. Təşkilatın strukturu böyük ölçüdə zəifləyib, son FETÖ-çü xain cavab verənə qədər bu mübarizəni hüquq çərçivəsində davam etdirəcəyik”. "Mən fəxr edirəm ki, türk xalqının nümayəndəsiyəm”, - deyə Ərdoğan bəyan edib: "Bu qələbə bütün Türkiyə millətinin qələbəsidir. Bu gün Moskvada qeyd olunur, bunu təsəvvür edə bilirsiniz?”

Azər
banner

Oxşar Xəbərlər