• cümə axşamı, 18 aprel, 04:15
  • Baku Bakı 15°C

148 kiloqram çəkisi olan xəstəyə qaraciyər köçürülüb

29.07.13 15:17 1671
148 kiloqram çəkisi olan xəstəyə qaraciyər köçürülüb
Bu barədə APA-ya açıqlamasında cərrah Mircəlal Kazımi məlumat verib. O bildirib ki, bu faktın maraqlı tərəfi hepatit C nəticəsində qaraciyər sirrozundan əziyyət çəkən xəstənin çəkisinin 148 kq olmasıdır. Onun sözlərinə görə, adi hallarda, sədə cərrahi əməliyyatlara alınması belə, yüksək riskli olan bu çəki ilə xəstəyə qaraciyər transplantasiyası uğurla həyata keçirilib: “Xəstənin həddən artıq kilolu olması üzündən ona donor tapılması problemli idi. Buna görə də qərara alınmışdı ki, bu xəstəyə ilk öncə iki donordan - iki yaxın qohumundan eyni vaxtda qaraciyərin bir hissəsi (bir donorun sağ, digərinin sol payı) alınıb köçürülsün. Lakin sonradan xəstənin bacısı oğlu da könüllü olaraq dayısına donorluq edəcəyinin bəyan etdi. Bu donorun qaraciyər ölçüləri qənaətbəxş olduğundan əməliyyata qərar verildi. Əməliyyat uğurla başa çatdı və hazırda xəstənin vəziyyəti normaldır”.
M.Kazımi qeyd edib ki, yaxın gələcəkdə mərkəzdə qan qrupu uyğun olmayan xəstələrin və bilobar - iki müxtəlif donordan qaraciyərin bir hissəsi alınmaqla qaraciyər transplantasiyası həyata keçirilməsi planlaşdırılır.
banner

Oxşar Xəbərlər