• cümə axşamı, 28 mart, 15:39
  • Baku Bakı 16°C

14 yaşlı qızını boğaraq öldürən anaya 11 il həbs cəzası verilib

23.01.17 14:40 1027
14 yaşlı qızını boğaraq öldürən anaya 11 il həbs cəzası verilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Züleyxa Cəfərovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Z. Cəfərova 11 illik həbs cəzası verilib.
Qeyd edək ki, ötən ilavqustun 3-də Sabunçu rayonunun Balaxanı qəsəbəsində yaşayan Züleyxa Cəfərova evində münaqişə zəminində 14 yaşlı qızı Ehsanə Cəfərovanı yaylıqla boğaraq öldürüb.
Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Cəfərova tutulub.
banner

Oxşar Xəbərlər