AZE | RUS | ENG |

14 yaşlı oğlu dirijorluq etdi - Polad Bülbüloğlu oxudu

14 yaşlı oğlu dirijorluq etdi - Polad Bülbüloğlu oxudu
Azərbaycan bəstəkarı və müğənnisi, xalq artisti, ölkəmizin Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Novosibirskdə səhnəyə çıxıb. Anspress-in məlumatına görə, o, 14 yaşlı oğlu Murtuza Bülbüloğlu ilə eyni səhnəni bölüşüb. Səfirin dirijorluq edən oğlu ilə eyni səhnəni bölüşməsini əks etdirən video “YouTube” video portalında yerləşdirilib.

Polad Bülbüloğlu Arnold Kats adına filarmoniyada Transsibir Art-Festivalı çərçivəsində keçirilən "Uşaqlar - uşaqlara" adlı konsertdə çıxış edib. Bu konsertdə onun 14 yaşlı oğlu Murtuza dirijor rolunda çıxış edib.

"Mənim oğlumu - Murtuzanı bu festivala dəvət etdiyi üçün Vladimir Repinə minnətdaram. Özüm dedim ki, oğlumu müşayiət edəcəm, əgər lazımdısa, bir-iki mahnı mən də ifa edərəm. Və bu təklif sevinclə qarşılandı", - deyə səfir səhnədə bildirib.

P.Bülbüloğlu səhnədə iki mahnı ifa edib - "Gəl ey səhər" və "Qorxma, mən səninləyəm" filmində səsləndirdiyi ifanı. Səfir bir neçə il öncə adıçəkilən filmin ikinci hissəsində də rol alıb.

Novosibirskdə üçüncü "Transsibir art festivalı" 2016-cı il aprelin 9-dan 24-dək Novosibirsk şəhərində keçirilir. Festival çərçivəsində Böyük Britaniya, İsrail, Cənubi Koreya, Yaponiyada da konsertlər keçirilməlidir. Tədbirlərdə 26 solistin və 11 dirijorun iştirak edəcəyi gözlənilir.

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056