• cümə axşamı, 28 mart, 15:51
  • Baku Bakı 16°C

14 yaşlı futbolçu öldü

29.03.20 13:56 935
14 yaşlı futbolçu öldü
Madrid "Atletiko”sunun 14 yaşlı futbolçusu Krisitian Minçol ölüb.

Kaspi.az xəbər verir ki, bu barədə məlumataı "Atletiko”nun saytı yayıb. "Hindular”ın baş direktoru Migel Anxel Qil futbolçunun ölümü ilə bağlı aşıqlama verib:

"Belə vəziyyətdə adamda çarəsizlik hissi yaranır. Bu dəhşətdir. Son həftədə mənə yaxın olan bir neçə insanı itirmişəm. Bəzisini koronavirusdan, bəzisini digər xəstəliklərdən.

Ən pisi odur ki, onlarla vidalaşa da bilmirəm. Mənim ürəyim parçalanıb. Kristianın cəmisi 14 yaşı vardı.

Onun ailəsin, ümumiyyətlə, belə situasiya ilə üzləşən hər kəsə dəstəyini ifadə edirəm. Biz Kristianın və son həftələrdə ölən digər idmançıların şərəfinə klubun bayrağını endirəcəyik”.
banner

Oxşar Xəbərlər