1:30 hesabı ilə uduzdular, sevincdən ağladılar

1:30 hesabı ilə uduzdular, sevincdən ağladılar

İdman
17 İyul 2019, 10:30 20585
Cənubi Koreyada vaterpol üzrə dünya çempionatı davam edir. 
 
Kaspi.az xəbər verir ki, meydan sahibləri çempionatda ikinci qarşılaşmalarını keçiriblər və böyük sevincə qərq olublar. Baxmayaraq ki, Koreya yığması Rusiyaya 1:30 hesabı ilə məğlub olub . 
 
Koreya ilk qarşılaşmada Macarıstan yığmasına 0:64 hesabı ilə məğlub olmuşdu. Rusiya ilə oyunda meydan sahibləri ilk qollarını vurublar. Hesab 0:27 olarkən, Koreya yığması fərqlənib. Bu qoldan sonra yığma üzvləri sevincdən ağlayıblar.