• şənbə, 20 Aprel, 16:24
  • Baku Bakı 23°C

13 milyon manatdan artıq vəsaitə qənaət olunub

14.10.19 19:02 481
13 milyon manatdan artıq vəsaitə qənaət olunub
Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin birgə işçi qrupu bu il 2500-dən artıq yanlış, saxta əlillik almış şəxslər müəyyən edib. Onlarla əlaqədar ciddi tədbir görülüb və il ərzində dövlət büdcəsinə 13 milyon manatdan artıq vəsaitə qənaət edilib.
Saxta əlillik dərəcəsi almaq istəyən şəxslərin kateqoriyası müxtəlifdir. Burada sağlamlıq imkanları məhdud olan uşaq qismində əlillik dərəcəsi almaq istəyənlər, orta və yuxarı yaş kateqoriyasında olanlar da var.
AZƏRTACxəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bu barədə kütləvi-informasiya vasitələrinə verdiyi açıqlamada deyib.
Onun verdiyi məlumata görə, ölkəmizdə 620 min müxtəlif əlillik dərəcəsi alanlar var. Onların bir qismi xroniki, patoloji səbəblərlə, bir qismi isə qəza, istehsalat travması və digər səbəblərlə əlaqədardır. Lakin onların arasında saxta əlillik dərəcəsi almağa cəhd edənlər də var və 18 yaşına çatmayan vətəndaşlar arasında belələri çoxluq təşkil edir: "Bu, daha çox oğlanların əsgərlikdən yayınmasına göstərilən cəhdlərlə əlaqədardır. Orta və yuxarı yaş kateqoriyasında olanlar isə daha tez pensiyaya çıxmaq üçün bu yola əl atır, çünki əlilliyi olanların pensiya çıxması daha asandır".
Nazir bildirib ki, neqativ halların qarşısını almaq üçün monitorinqlər davam edir: "Əsasən risk kriteriyaları üzrə orta və yuxarı yaşda olanlarda əlilliyə görə yüksək pensiya alanlar arasında daha çox hallarda saxtakarlıq aşkar edilir. Ona görə də bu sahədə monitorinqlər aparılması davamlı xarakter alacaq. Avtomatlaşmanın ən böyük əhəmiyyəti də ondan ibarət olacaq ki, ölkə üzrə aylıq əsasda dövlətdən vəsait alan 2 milyon 800 min vətəndaşın hər birinin məlumatı elektronlaşdırılaraq vahid portala yerləşdiriləcək".
banner

Oxşar Xəbərlər