• cümə, 19 Aprel, 12:12
  • Baku Bakı 25°C

12062 şəhidin adı yazılmış bayraq muzeyə təhvil verildi - Fotolar

08.11.18 10:38 825
12062 şəhidin adı yazılmış bayraq muzeyə təhvil verildi - Fotolar
Noyabrın 7-də Azərbaycan Hərb Tarixi Muzeyində Bayraq Gününə həsr olunmuş tədbir keçirilib.
Muzeydən "Kaspi”yə verilən məlumata görə, tədbir şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq, bir dəqiqəlik sükutla başlayıb. Sonra Azərbaycanın dövlət himni səsləndirilib. Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qəni-zadə "Üçrəngli bayrağımız müstəqilliyimizin əsas atributu kimi” məruzəsi ilə çıxış edib. Daha sonra CBC telekanalının çəkdiyi "Müstəqilliyimizin üç rəngi” sənədli filmi nümayiş etdirilib.
Bundan sonra Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsindəki 282 saylı tam orta məktəbin kollektivinin hazırladığı, torpaqlarımız uğrunda şəhid olmuş bütün əsgərlərimizin adları yazılmış bayraq muzeyə təqdim edilib. Məktəbin müəllimi Gülər Musayevə çıxış edərək bu bayrağın hazırlanması ideyasının yaranmasından və ərsəyə gəlməsindən danışıb. Bayrağın muzeyə təhvil verilməsindən sonra tədbir bədii hissə ilə davam edib.
Xatırladaq ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsindəki Nadir Əliyev adına 282 saylı tam orta məktəbin informatika müəllimi Gülər Musayevanın təşəbbüsü ilə hazırlanmış xüsusi ölçülü bayrağa 12062 şəhidin adı yazılıb.




banner

Oxşar Xəbərlər