AZE | RUS | ENG |

12056 şəhidimizin adı bir bayraqda

12056 şəhidimizin adı bir bayraqda
Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsindəki Nadir Əliyev adına 282 saylı tam orta məktəbin müəllim və şagirdləri nəcib layihə həyata keçiriblər. 
 
Məktəbin informatika müəllimi  Gülər Musayevanın təşəbbüsü ilə şagirdlər Qarabağ döyüşlərində həlak olmuş şəhidlərimizin adlarını bir bayrağa yazıblar. Bunun üçün xüsusi ölçülü bayraq hazırlanıb. Bayrağa 12056 şəhidin adı yazılıb.  Gülər Musayevə təşəbbüsün necə ərsəyə gəlməsi barədə məlumat verdi: "Düşünürəm ki, müəllimin vəzifəsi təkcə şagirdə savad verməkdən ibarət deyil. Müəllimin borcu  həm də vətənini sevən  vətəndaş yetişdirməkdir. Biz hər birimiz  bu torpaq üzərində azad yaşayırıqsa, deməli, şəhidlərimizə borcluyuq. Bu borcu az da olsa ödəyə bilmək üçün bütün  Qarabağ şəhidlərinin adını  bir bayraq üzərinə yazmağı düşündüm və dərs dediyim  şagirdlərlə  bu ideyanı həyata keçirməyi qarşımıza  məqsəd qoyduq”. 
 
Müəllimə bildirir ki, işə 2017-ci ilin noyabr ayından başlayıblar: "İlk  əvvəl   şəhidlər haqqında  dəqiq  məlumat tapmaq lazım idi. www.seferberlik.gov.az   saytından  76 rayon və şəhər üzrə şəhid olanların adını bir siyahıda toplamaq  üçün şagirdlər  arasında bölgü apardım. İKT-in təhsildə tətbiqi  bu layihədə də köməyimizə çatdı. Hər şagird bir neçə rayondan olan şəhidlərin adını  yazıb,  elektron poçt  vasitəsi ilə mənə göndərdilər. Bütün şəhidlərin adlarını bir siyahıda topladıqda 12056 şəhidimizin olduğu müəyyənləşdi. 5:2,5 m  nisbətində bayraq tikdik. Ötən ilin 27  dekabrından başlayaraq, şəhidlərimizin adını bayrağın üzərinə yazmağa başladıq. Proyektor vasitəsi ilə ekrana verilən siyahını eyni anda 5-6 şagird bayraq üzərində yaza bilirdi.  Şagirdlərlə - Fərruxlu Könül, Abiyev Elmin, Hüseynova Aydan, Səmədova Gülçün, Şabizadə Günay, Rəcəbova Nuranə, Əliyev Vüsal, İmanov Aslan, Məmmədova Leyla, Məmmədova Firuzə, Məmmədli David, Məlikzadə Kənan, Məmmədov Şahin , Sərkərov Rəsul, Abdullayeva Fidan,  Rəhimli Fəridə,  Zərbalıyeva Samirə, Əliyev Şirzad, Xəlilov Əli, Ələkbərova  Nərminə, Qənizadə Şamxal, Rəhimov Faiq, Abasov Ceyhun, Bağırova Nuray, Bağırov Qurban, Əzizova Nərminə,  Həmidli   Nicat,  Həsənov Vüsal,   Məmmədov İqbal, Nəsrullayeva  Eldanə,  Ostrovskaya Natalya ,Səmədli  Məhəmmədlə birlikdə dərsdən sonra, tənəffüs  saatlarında  çalışırdıq”.
 
Proses aprelin 27-də yekunlaşıb. Bayrağın üzərində boş qalmış yerə isə "Şəhidlər ölməz ,Vətən bölünməz”  , "Cansa  can, qansa  qan, yetər ki, sən dalğalan, üç  rəngli bayrağımız”, Torpaq,  uğrunda  ölən varsa vətəndir”   şüarlarını  və mənbə kimi yararlandığımız www.seferberlik.gov.az   saytını  yazdıq. İş başa çatdıqdan sonra şagirdlərin üzündəki qürur hissini görməyə dəyərdi”.

Gülər müəllimə deyir ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi  ərəfəsində belə bir layihəni gerçəkləşdirə bildikləri üçün qürur duyurlar: "İnanıram ki ,  bu layihədə iştirak edən hər bir şagird gələcəkdə vətənimizə layiqli övlad olacaq. Ona da ümid edirəm ki, tezliklə torpaqlarımız azad olunacaq və bu bayrağın üzərinə şəhid adı yazmağa ehtiyac qalmayacaq”.
 
Gülər Musayeva bildirdi ki, hazırladıqları bayrağı  ya Bayraq Muzeyinə, ya da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə bağışlamaq niyyətindədirlər. 
 




 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6904
GBP 1 İngilis funt sterlinqi 2.2768
TRY 1 Türk lirəsi 0.3642
KWD 1 Küveyt dinarı 5.6242
SEK 1 İsveç kronu 0.1976
EUR 1 Avro 2.0067
CHF 1 İsveçrə frankı 1.7266
USD 1 ABŞ dolları 1.7000