• şənbə, 20 Aprel, 14:52
  • Baku Bakı 23°C

120 milyon avroluq plan

13.11.17 13:10 1284
120 milyon avroluq plan
"Qarabağ”ın Çempionlar Liqasındakı rəqiblərindən "Çelsi” hücum xəttindəki problemi həll etmək üçün gözünü İtaliyaya dikib.
Kaspi.az xəbər verir ki, London klubu A seriyası təmsilçisi "İnter”in hücumçusu Mauro İkardini heyətinə cəlb etmək istəyir. Bu barədə məlumatı Britaniyanın "San” nəşri yayıb. Xəbərdə "zadəganlar”ın baş məşqçisi Antonio Kontenin rəhbərlikdən argentinalı hücumçunun transferini istədiyi qeyd edilib. "Çelsi” rəhbərliyinin İkardinin transferi üçün 120 milyon avrosundan keçməyə hazır olduğu vurğulanıb.
Xatırladaq ki, İkardi A seriyasının cari mövsümündə 11 qol vurub. O, bombardirlərin yarışında Çiro İmmobile və Paolo Dibaladan sonra 3-cü sırada qərarlaşıb.
24 yaşlı forvardın xidmətində "Arsenal” və "Bavariya” da maraqlıdır.
banner

Oxşar Xəbərlər