• cümə axşamı, 18 aprel, 15:48
  • Baku Bakı 22°C

12 yaşlı uşağı maşın vurdu

26.07.13 07:32 1548
12 yaşlı uşağı maşın vurdu
Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, Siyəzən rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
2001-ci il təvəllüdlü Siyəzən şəhər sakini Azər Sədullayevi avtomobil vurub. O, dərhal Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Yaralıya baş beynin əzilməsi, qarnın küt travması, yuxarı və aşağı ətrafların əzilməsi diaqnozu qoyulub. Xəstənin vəziyyəti ağır olduğundan o, ilkin yardımdan sonra paytaxtdakı tibb müəssisələrindən birinə aparılıb.
Hazırda fakt araşdırılır.
banner

Oxşar Xəbərlər