• cümə axşamı, 18 aprel, 12:41
  • Baku Bakı 22°C

12 minə yaxın müəllim imtahan verəcək

21.04.17 17:03 993
12 minə yaxın müəllim imtahan verəcək
Aprelin 16-dan start verilən diaqnostik qiymətləndirməbu gün başa çatıb.

Təhsil NazirliyindənLent.az-a verilən məlumata görə, BərdəOlimpiya İdman Kompleksində keçirilən qiymətləndirmədə Ağdam, Füzuli, Bərdə, Tərtər, Beyləqan, Laçın, Kəlbəcər, Xocavənd və Cəbrayıl rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan10 min nəfərdən çox müəllim iştirak edib.

Növbətidiaqnostik qiymətləndirmə 25-30 aprel tarixlərində BərdəOlimpiya İdman Kompleksində keçiriləcək. Qiymətləndirmədə 12 minə yaxın müəllim iştirak edəcək. 5 gün ərzindəMingəçevir və Naftalan şəhər, Yevlax, Ağdaş, Goranboy, Göyçay, eləcə də bu rayonlardakı Kəlbəcər, Ağdam, Xocalı və Laçın rayonlarının ümumi təhsil müəssisələri müəllimlərinin diaqnostik qiymətləndirilməsi aparılacaq.

Diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlərwww.dq.edu.azsaytına daxil olmaqla "Şəxsi səhifə” bölməsindən imtahanların keçiriləcəyi tarix və saat barədə məlumat əldə edə bilərlər. Eyni zamanda həmin səhifə vasitəsilə məlumatların dürüstlüyünü yoxlamaq mümkündür. Uyğunsuzluq aşkar edildiyi təqdirdə yerli təhsili idarəetmə orqanlarına müraciət edilə bilər.

Bildirək ki, diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək, onların dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq. Həmçinin həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb ediləcəklər.
banner

Oxşar Xəbərlər