• cümə, 29 Mart, 15:44
  • Baku Bakı 14°C

12 milyonluq oyunçunu 65 milyona necə alıb?

12.07.17 13:40 1710
12 milyonluq oyunçunu 65 milyona necə alıb?
"Real”ın sabiq idman direktoru Xorxe Valdona 2002-ci ildə Kakanı transfer etmək planları barədə danışıb.
Kaspi.az xəbər verir ki, Valdano həmin vaxt "San-Paulu”da oynayan Kakanı cəmisi 12 milyon avroya transfer etmək şanslarının olduğunu deyib. Ancaq o, vurğulayıb ki, bu planı "Real”ın prezidenti Florentino Peres əngəlləyib:
"Hadisə 2002-ci ildə baş verdi. "Real”ın 100 illik tədbirləri ilə bağlı yoldaşlıq görüşləri keçirirdik. Həmin oyunlara dünya ulduzlarını dəvət edirdik. Beynimə fikir gəldi ki, Kakanı da dəvət edim.
İdeyamı həyata keçirdim. Kaka gəldi və 20 dəqiqə oynadı. O, meydanda möhtəşəm oyun sərgilədi. Qarşılaşmadan sonra "Real”ın prezidenti Florentino Peresə yaxınlaşıb dedim ki, burda bir futbolçu var, qiyməti 12 milyon avrodu, amma bir neçə ildən sonra 60 milyon olacaq. Onun verdiyi cavab hələ də yadımdadır: "Xorxe, sən narahat olma. Biz onun qiyməti 60 milyon olana qədər gözləyərik”.
2003-cü ildə Kaka "Milan”a transfer olundu. 2009-cu ildə isə "Real” onu 65 milyona aldı.
banner

Oxşar Xəbərlər