AZE | RUS | ENG |

12-ci Azərbaycan Beynəlxalq Təhsil sərgisi keçiriləcək

12-ci Azərbaycan Beynəlxalq Təhsil sərgisi keçiriləcək
Oktyabrın 11-dən 13-dək Bakı Ekspo Mərkəzində 12-ci Azərbaycan Beynəlxalq Təhsil sərgisi keçiriləcək. "Uşaqların gələcəyinə sərmayə” devizi altında təşkil ediləcək sərgi dünyanın 12 ölkəsindən 100-dən çox iştirakçını bir araya gətirəcək. Sərgidə Təhsil Nazirliyi geniş pavilyonda təmsil olunacaq.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Azərbaycanın 14 ali təhsil müəssisəsinin qatıldığı sərgidə iştirakçılara "Məktəbəhazırlıq”, "Olimpiadalara hazırlıq mərkəzi”, "Peşə Təhsili üzrə Dövlət Agentliyi”, "Təhsil” Respublika İdman Mərkəzi”, "Uşaq-Gənclər İnkişaf Mərkəzi”, "SABAH qrupları”, "İçərişəhər ənənəvi incəsənət mərkəzi”, "Sağlam təhsil-sağlam millət”, "Maarifçi” Tələbə Kredit Fondu”, "Məktəblinin dostu”, "Modul tipli məktəblər”, "İT STEP”, "Media Mərkəz - Təhsil TV” və digər stendlər təqdim ediləcək.

Sərginin gündəliyinə işgüzar görüşlər, panel müzakirələri, media təqdimatları, ayrı-ayrı mövzulara dair mühazirələr daxildir.

Üç gün davam edəcək sərgi barədə ətraflı məlumatı və elektron dəvətnaməni www.eduexpo.az saytından əldə etmək mümkündür.

Sərginin baş sponsoru "Kapital Bank”dır. Sərgi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən də dəstəklənir, təşkilatçısı qismində isə "Caspian Event Organisers” ("CEO”) şirkəti çıxış edir.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9254
GEL 1 1 Gürcüstan larisi 0.6403
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1261
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1872
CHF 1 1 İsveçrə frankı 1.7124
KWD 1 1 Küveyt dinarı 5.5837
TRY 1 1 Türkiyə lirəsi 0.3170