• cümə, 29 Mart, 04:38
  • Baku Bakı 7°C

1120 ailə “Sovetski”dən köçmək istəyir

07.05.14 09:16 1120
1120 ailə “Sovetski”dən köçmək istəyir
Bunu APA-ya açıqlamasında Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Yasamal Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Köçürmə Komissiyanın sədri Səməd İslamov söyləyib.
O deyib ki, 765 mənzilin sahibi ilə razılaşma protokolu imzalanıb, artıq 730 əmlak sahibinin bank hesabına vəsait köçürülüb. Köçürülmə işləri yalnız könüllülük əsasında, hər kvadratmetr sahəyə 1500 manat verilməsi ilə aparılır.
Komissiya sədri söküntü ərazisinə düşən 2980 ünvanda daşınmaz əmlak obyektlərində dəqiq ölçü işlərinin aparıldığını, 69 mənzil və qeyri-yaşayış sahəsinin söküldüyünü də açıqlayıb.
Qeyd edək ki, “Sovetski” məhəlləsində ümumilikdə 10 minə yaxın ailə yaşayır.
banner

Oxşar Xəbərlər