111,9 milyon manatlıq tikinti materialları istehsal edilib
Cari ilin yanvar-martında tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 38,7 faiz artaraq 111,9 milyon manat olub.
Dövlət Statistika KomitəsindənAZƏRTAC-a bildirilib ki, hörmə üçün hazır beton qarışığının istehsalı 2,6 dəfə, tikinti kərpicinin istehsalı 50,7 faiz, asfaltın istehsalı 41,7 faiz, sementin istehsalı isə 25,8 faiz artıb.