• cümə axşamı, 25 aprel, 11:54
  • Baku Bakı 14°C

1100-dən çox könüllüdən seroloji test nümunəsi götürülüb

09.09.20 15:30 726
1100-dən çox könüllüdən seroloji test nümunəsi götürülüb
Ölkəmizdə ilk dəfə olaraq Bakıda keçirilən seroloji testlər yekunlaşmaq üzrədir. Güman edirik ki, bu həftə testlər başa çatacaq və onun ilkin nəticələri barədə məlumat verə biləcəyik.
Bu barədəAZƏRTAC-a açıqlamasında tibb üzrə fəlsəfə doktoru, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Mikrobiologiya İşçi qrupunun rəhbəri Qumral Ələkbərova deyib.
Onun dediyinə görə, artıq təsadüfi seçilmiş 1000-dən artıq könüllü test edilib və onların qan zərdabında virus əleyhinə anticisimlərin yaranıb-yaranmadığı aşkar ediləcək. İşçi qrupunun rəhbəri seroloji testlərin proqnostik əhəmiyyət daşıdığını və hazırda əhalinin neçə faizinin yeni növ koronavirus (COVID-19) xəstəliyi keçirməsini öyrənməyə imkan verəcək: "Seroloji testlər nəticəsində əhalinin yarıdan çoxunda anticimlərin yaranmasının aşkar edilməsi karantin rejimində məhdudiyyətlərin ləğv olunması üçün əsas verəcək. Nümunə götürülənlərin az qismində anticimlərin aşkar edilməsi karantin rejimində sərtləşdirməyə ehtiyac olduğunu ortaya çıxaracaq. Nəticələr haqqında yəqin ki, gələn həftə danışmaq mümkün olacaq”.
Bu həftə Gəncə və Sumqayıt şəhərlərində də seroloji testlərin aparılmasına başlanılıb və hər iki şəhərdə təsadüfi seçilmiş könüllülərdən 100-ə yaxın nümunə alınıb. Şəhər sakinləri testlərin aparılmasını anlayışla qarşılayır və COVID-19 infeksiyası ilə mübarizədə onun oynadığı həlledici əhəmiyyəti nəzərə alaraq skrininqlərdən həvəslə keçirlər.
banner

Oxşar Xəbərlər