• cümə axşamı, 25 aprel, 18:15
  • Baku Bakı 21°C

1,1 ton heroinin Azərbaycana keçirilməsinin qarşısı alınıb - Aydın Əliyev

19.09.16 15:46 919
1,1 ton heroinin Azərbaycana keçirilməsinin qarşısı alınıb - Aydın Əliyev
Sentyabrın 19-da Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Ümumdünya Gömrük Təşkilatının Potensialın gücləndirilməsi üzrə Avropa Regional Ofisində əfqanıstanlı gömrükçülər üçün təşkil olunmuş seminarın açılışında iştirak etmək məqsədilə Azərbaycana səfərə gələn Əfqanıstan İslam Respublikası Gömrük Departamentinin Baş direktoru Əhməd Rəşad Popalı qəbul edib.

Komitənin mətbuat xidmətindənLent.az-a verilən məlumata görə, görüşdə DGK sədri Aydın Əliyev iki ölkənin gömrük xidmətləri arasında əlaqələrə toxunaraq, 2013-cü ilin fevral ayında Dövlət Gömrük Komitəsi nümayəndə heyətinin Əfqanıstana səfərini məmnunluqla xatırladaraq keçirilən görüşlərin, müzakirə olunmuş məsələlərin əhəmiyyətindən danışıb, eləcə də Azərbaycan tərəfinin gömrük işi sahəsində-istər informasiya texnologiyaları, qaçaqmalçılıqla mübarizə, istərsə də kadr potensialının gücləndirilməsi ilə bağlı və s. sahələrdə yardımlarını əfqanlı həmkarlarına bundan sonra da əsirgəməyəcəyini vurğulayıb.
banner

Oxşar Xəbərlər