AZE | RUS | ENG |

11 oktyabr - Beynəlxalq Qız övladları günüdür - Video

11 oktyabr - Beynəlxalq Qız övladları günüdür - Video
BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyi Beynəlxalq Qız övladları günü münasibətilə cinsə görə edilən abortlara qarşı yönəlmiş "404:Not Found” adlı videoçarx ərsəyə gətirib.

Trend-in məlumatına görə, videoçarxda qızlara dünyaya gəlmək şansı verildiyi təqdirdə onların cəmiyyətə nə qədər töhfə verə biləcəyi nümayiş etdirilir və selektiv abortların gender əsaslı ayrı-seçkilik nəticəsində qadınların cəmiyyətdə iştirakını məhdudlaşdıran stereotiplərdən qaynaqlanması vurğulanır.

11 oktyabr Beynəlxalq Qız övladları günü kimi dünyanın əksər ölkələrində qeyd olunur. BMT-nin Baş Assambleyasının qərarı ilə 2012-ci ildən təsis olunan bu gün qızların hüquqlarının müdafiəsi, onlar üçün səhiyyə, təhsil və digər imkanların müyəssərliyinin, eyni zamanda cəmiyyətdə gender bərabərliyinin təmin olunmasına diqqətin artırılması məqsədinə xidmət edir.

Təəssüf ki, Azərbaycanda qız övladına münasibət birmənalı deyil. Cəmiyyətdə hökm sürən bir sıra stereotiplər qızları ailədə arzuolunmaz edir. Doğulan uşaqlar arasında cins nisbətinin bioloji normaya əsasən 105-106 olmasına baxmayaraq, məhz bu münasibət nəticəsində Azərbaycanda bu rəqəm 114 təşkil edir. Bu durumla qarşılaşan ölkələrin təcrübəsinə nəzər salsaq, aydın olur ki, bu gedişatla Azərbaycan cəmiyyəti qarşısı çox çətin alınan bir sıra problemlərlə üzləşə bilər.

Bunu nəzərə alaraq, BMT-nin Əhali Fondu uşağın cinsinə görə edilən abortların qarşısının alınması məqsədilə bir sıra layihələr həyata keçirir. Bu layihələrə ölkədə ilk dəfə olaraq əsas auditoriya qismində məhz gənc kişi və atalar cəlb olunur. Sözügedən layihələrin uğurlu icrası məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də əsas tərəfdaşlar kimi yaxından iştirak edərək bu təşəbbüslərə əhəmiyyətli dəstək verirlər.
 




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6308
GBP 1 İngilis funt sterlinqi 2.2135
TRY 1 Türk lirəsi 0.3020
KWD 1 Küveyt dinarı 5.6066
SEK 1 İsveç kronu 0.1881
EUR 1 Avro 1.9479
CHF 1 İsveçrə frankı 1.7064
USD 1 ABŞ dolları 1.7000