11-ci dəfə qazandı - Ukrayna kubokunu
Ukrayna kubokunun qalibi bəlli olub.
Komanda.az xəbər verir ki, finalda "Şaxtyor”la "Dinamo” üz-üzə gəlib.
"Şaxtaçılar” 1:0 hesabı ilə qalib gələrək, titula sahib çıxıblar. Yeganə qolu
qarşılaşmanın 81-ci dəqiqəsində Marlos vurub.
Marlos oyunun əvvəlində penalti zərbəsindən yararlana bilməyib.
"Şaxtyor” Ukrayna kubokunu 11-ci, son 7 ildə isə 5-ci dəfə qazanıb.
Onu da qeyd edək ki, "Şaxtyor” bu mövsüm Ukrayna çempionu da olub.