• cümə axşamı, 25 aprel, 00:32
  • Baku Bakı 19°C

107 cinayət faktı qeydə alınıb

26.05.18 20:00 619
107 cinayət faktı qeydə alınıb
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 107 cinayət faktı qeydə alınıb, onların da 22-i "isti izlər”lə açılıb.
Trend-ə DİN Mətbuat Xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 28, borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.
banner

Oxşar Xəbərlər