• cümə, 29 Mart, 15:58
  • Baku Bakı 14°C

103.3 FM-in 3 yaşı tamam oldu

04.04.14 13:47 1759
103.3 FM-in 3 yaşı tamam oldu
Bu gün Araz 103.3 FM-in düz 3 yaşı tamam olur. Bu münasibətlə radioya gələn təbriklərin sayı-hesabı bitib tükənmir. 103.3 FM kimi tanınan radionun ən uğurlu rəqəmi “3”-dür desək, heç də yanılmarıq.
Biz də öz növbəmizdə 103.3 FM-in baş redaktoru ilə görüşmək üçün radioya yollandıq. Radioda xalq artisti Aygün Kazımova ilə qarşılaşdıq. Xalq artisti radioya öz arzularını bu şəkildə bildirdi: “Mən Araz FM-in bütün yaradıcı heyətini çox sevirəm və onlara bol-bol uğurlar arzulayıram”.
Radionun baş redaktoru Səxavət Nur 3 yaşları münasibəti ilə kollektivin bütün işçilərini təbrik etdi: “İki ildən artıqdır ki, mən burda çalışıram. Radiomuz 2011-ci ilin 4 aprelində fəaliyyətə başlayıb. 4 apreli hər il öz doğum günüm kimi qeyd edirəm. Hər doğum günümüzdə düşünürük ki, yaş təcrübəmizin üzərinə l il də əlavə olundu. Ümid edirik ki, növbəti yaşımızda indikindən daha çox seviləcəyik. Dinləyicilərin sevgisini qazanmaq üçün əlimizdən gələni edirik, xidmətimizin müqabilində də onlardan qayğı və diqqət istəyirik. Arzu edirəm ki, ətrafımızda hər zaman belə gözəl xasiyyətli insanlar toplaşsın”.
Səxavət Nurun sözlərinə görə, radiodakı yaradıcı heyət Azərbaycanda 1 nömrədir: “Bu gün radioda toplaşan komandamız Azərbaycan radiosu sahəsində çalışan ən peşəkar komandadır. Əməkdaşlarımızın hamısı çox istedadlı insanlardır”.
Ad günü ilə bağlı bu gün Azərbaycanın tanınana simaları və sevilən ifaçıları radionun efirində qonaq qismində çıxış edirlər.
Qeyd edək ki, radionun baş direktoru Şamxal Həsənlidir. Radionun direktoru Eldar Fətəliyev, baş redaktoru Səxavət Nurdur.
Biz də Araz FM-in bütün yaradıcı heyətini “Kaspi” kollektivi adından təbrik edir, yeni-yeni uğurlar arzu edirik.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər