• cümə, 19 Aprel, 02:12
  • Baku Bakı 18°C

100 illiyə həsr olunan beynəlxalq futbol turniri başlayır

09.03.18 15:15 778
100 illiyə həsr olunan beynəlxalq futbol turniri başlayır
Milli Məclisdə Azərbaycan parlamentinin 100 illik yubileyinə həsr olunan beynəlxalq futbol yarışının püşkatma mərasimi keçririlib.
APA-nın məlumatına görə, 5 ölkənin – Azərbaycan, Türkiyə, Latviya, Ukrayna və Polşa parlament komandalarının yarışacağı turnirin açılış mərasimində bildirilib ki, tədbirin əsas məqsədi parlament diplomatiyasına töhfə vermək, Azərbaycanı beynəlxalq arenada tanıtmaqdan ibarətdir.
Bu gün başlayacaq turnirin final görüşü martın 11-də olacaq.
Püşkatmanın nəticələrinə görə, bu gün saat 16:00-da Azərbaycan-Latviya oyunu ilə turnirə start veriləcək. Bunun ardınca Polşa və Türkiyə qarşılaşacaq.
MM-in Gənclər və idman komitəsinin sədriFuad Muradovbildirib ki, turnir prezidentİlham Əliyevin 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyətiili” elan edilməsi haqqında imzaladığı sərəncama uyğun keçirilir.
banner

Oxşar Xəbərlər