• cümə, 29 Mart, 05:13
  • Baku Bakı 7°C

100-ə yaxın şirkətin marketeri 8 iyulda görüşəcək

06.07.15 12:15 1247
100-ə yaxın şirkətin marketeri 8 iyulda görüşəcək
Azərbaycan şirkətlərinin marketerləri iyulun 8-də iftar süfrəsində bir araya gələcəklər. 100-ə yaxın şirkətin marketinq, PR (ictimaiyyətlə əlaqələr), reklam mütəxəssisi “Sürmə” restoranında ənənəvi toplantılarını keçirəcəklər. Bu yığıncaqdan sonra ölkədə bir neçə böyük şirkətin birlikdə layihələr həyata keçirməsi gözlənilir.
Belə ki, ölkənin marketerləri artıq 5 ildir ki, Ramazan ərəfəsində bir araya gəlir və marketinq, PR, reklam sahələrində gedən prosesləri müzakirə edir, problemlərdən birgə həll yolları axtarırlar. Hər il bu cür görüşlərdən sonra həmin mütəxəssislər vasitəsilə şirkətlər arasında müxtəlif əməkdaşlıqlar başlayır.
Həmin mütəxəssislər sosial şəbəkədə yaratdıqları qapalı qrupla ölkədəki ən böyük qeyri-rəsmi marketerlər birliyini qurublar. Qapalı formada aparılan müzakirələrlə ölkənin marketinqində mühim qərarlar qəbul edilir və layihələr həyata keçirilir.
Ekspertlər ildə bir neçə dəfə böyük bayramlardan səbəb kimi istifadə edərək bir araya gəlir və mövcud problemləri bayram əhval ruhiyyəsində həll edirlər. Bu dəfəki toplantının qeyri-rəsmi mövzusunun dollar məzənnəsinin dəyişməsindən sonra bazarın vəziyyəti barədə olması gözlənilir. Ola bilsin ki, bu iftardan sonra bir neçə böyük şirkət ortaq layihələrə başladı.

banner

Oxşar Xəbərlər